TƏCİLİ: Bakıda dəhşətli hadisə BAŞ VERDİ - AĞIR YARALILAR VAR

18.06.2022 10:48
299
photo_94853115

Bakıda çoxmərtəbəli binanın lifti qırılıb, xəsarət alanlar var.

AZSABAH.COM "Report"a istinadla xəbər verir ki, hadisə iyunun 17-si saat 22 radələrində paytaxtın Nizami rayon ərazisində yerləşən “Yeni Ev 7” MTK-ya məxsus çoxmərtəbəli binada qeydə alınıb.

Belə ki, hərəkətdə olan lift qırılaraq şaxtaya çarpılıb. Nəticədə liftin içərisində olan 4 qadın və 2 azyaşlı ağır xəsarətlər alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Baş Prokurorluğun Mətbuat Xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.