TƏCİLİ: Azərbaycanda zəlzələ BAŞ VERDİ

12.10.2022 22:45
2710
Zelzele
Azərbaycanda zəlzələ olub.

AZSABAH.COM bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən yerli vaxtla saat 21:50-də Şirvan stansiyasından 12 km cənub-şərqdə Şirvan rayonunda 3,4 maqnitudada yeraltı təkanlar qeydə alınıb.

Ocağı 19 kilometr dərinlikdə yerləşən zəlzələ yeraltı təkanlar hiss olunmayıb.