TƏCİLİ! Azərbaycanda yüksək vəzifəyə YENİ TƏYİNAT

18.12.2023 20:18
468
658070ee11c09202312231854
Quba-Xaçmaz Regional Təhsil İdarəsinə yeni müdir təyin edilib.

AZSABAH.COM xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, müvafiq əmrlə bu vəzifəyə Abşeron -Xızı Regional Təhsil İdarəsinin müdir müavini Coşqun Əliyev gətirilib.

O, bu postda ötən ay istefa verən Rüfət Hacıyevi əvəzləyib.

Xatırladaq ki, keçən ay Rüfət Hacıyevin Xaçmaz şəhər 4 saylı tam orta məktəbdə 9-cu sinif şagirdini döyməsi barədə məlumat yayılmışdı. Bildirilirdi ki, təhsil ocağına yoxlamaya gələn R.Hacıyev həmin məktəbin şagirdi, 2007-ci il təvəllüdlü oğlanı döyüb. Məktəblinin valideynləri bu iddia ilə Xaçmaz rayon Polis Şöbəsinə müraciət ediblər.

Qeyd edək ki, bir neçə ay əvvəl də R.Hacıyev barəsində Cinayət Məcəlləsinin 308,1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılmışdı.