TƏCİLİ: Azərbaycanda şiddətli yanğın başladı

31.08.2022 20:56
3855
Yangin

Qəbələ rayonunun Vəndam kəndi ərazisində, meşə ilə sərhəddəki bələdiyyə torpağında yanğın hadisəsi baş verib.

AZSABAH.COM-a bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) məlumat verilib.

Nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib ki, hazırda ETSN-in bütün yerli qurumlarının əməkdaşları və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin nümayəndələri tərəfindən yanğının söndürülməsi və meşəyə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür.