TƏCİLİ: Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ - Məşhur xanım həkim özünü 11-ci MƏRTƏBƏDƏN ATDI (FOTO)

28.06.2022 11:58
780
photo_58415367

Bakıda dəhşətli intihar hadisəsi baş verib.

AZSABAH.COM xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, tanınmış ginekoloq-həkim Xalidə Kəngərli özünü Yasamal rayonunda yaşadığı çoxmərtəbəli binadan atıb. O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

***

Xalidə Kəngərlinin intiharı ilə bağlı bəzi məqamlar aydınlaşıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə dünən saat 18 radələrində tanınmış həkimin yaşadığı Yasamal rayonu İnşaatçılar prospektində yerləşən çoxmərtəbəli binada baş verib. 1984-cü il təvəllüdlü Xalidə Məhəmməd qızı Kəngərli özünü 11-ci mərtəbədə yaşadığı mənzilin eyvanından yerə atıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Mərhum iki uşaq anası idi.

Nizam Rza