TƏCİLİ: Azərbaycanda ağır itki üz verdi - Rəhim Rəhimli VƏFAT ETDİ

30.09.2022 08:18
7584
Rehim

Tanınmış müğənni, bəstəkar Rəhim Rəhimli vəfat edib.

AZSABAH.COM-un xəbərinə görə, bu barədə Xalq artisti Faiq Ağayev instaqram hesabında yazıb. F.Ağayev R.Rəhimlinin ölüm səbəbini açıqlamayıb.

Qeyd edək ki, R.Rəhimli bir sıra klipləri, mahnıları ilə tanınıb. 2018-ci ilin iyunundan 2020-ci ilin yanvar ayına kimi "MTV Azərbaycan" telekanalının direktoru işləyib.

O, eyni zamanda bəstəkarlıq fəaliyyəti ilə məşğul olub. İlkin məlumata görə, 43 yaşlı musiqiçi ürəktutmadan vəfat edib.

Allah rəhmət eləsin!