TƏBİB-dən sərt karantin rejimi ilə bağlı MÜHÜM AÇIQLAMA: 1-2 həftə sonra...

08.06.2020 23:48
1011

Həftə sonunda tətbiq edilən sərt karantin qaydalarının nəticəsini bu həftənin əvvəlində müşahidə etməyəcəyik.

AZSABAH.COM-un məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, COVİD-19 virusunun inkubasiya dövrü 7-10 gündür:

"Biz iki gün ərzində insanların təmasını minimuma endirdik. Həftənin son iki günündə karantin qaydalarının tətbiqi onunla əlaqədardır ki, həmin günlərdə iş aktivliyi onsuz da aşağı idi. Əsas məqsəd də o idi ki, biz qaydalara əməl edərək təması minimuma endirək. Biz bu həftə buna nail olduq".

R.Bayramlı qeyd edib ki, 1-2 həftə sonra aparılacaq təhlillər həftə sonunda tətbiq edilən karantinin əhəmiyyətini göstərəcək: "Ona görə də planlaşdırılır ki, bu, qarşıdakı həftələrdə və bayram günlərdə də tətbiq edilsin. Amma insanlarımız işləməyə icazənin verildiyi 1-5-ci günlər ərzində də lazımi qaydalara əməl etməlidirlər".(Trend)

Loading...

close
close