TƏBİB-dən Bəhram Bağırzadə ilə əlaqədar VACİB AÇIQLAMA

16.06.2020 17:03
276

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) əməkdar artist Bəhram Bağırzadə ilə bağlı sosial şəbəkələrdə yayılan videoya münasibət bildirib.

AZSABAH.COM-a TƏBİB-dən verilən məlumatda deyilir:

"Son günlər sosial şəbəkələrdə guya əməkdar artist Bəhram Bağırzadənin pandemiya xəstəxanasında çəkilmiş videosu ilə bağlı bildiririk ki, sözügedən videomaterialda hal-hazırda “Yeni Klinika” tibb müəssisəsində müalicə alan 1984-cü il təvəllüdlü vətəndaşın görüntüləri yer alıb.

B.Bağırzadə ilə bağlı qeyd edilənlər həqiqəti əks etdirmir".

Qeyd edək ki, əməkdar artist Mərkəzi Gömrük Xəstəxanasında koronavirus infeksiyasından müalicə alır.

Loading...

close
close