Tanınmış həkim "Milyonların şousu"nda rekord məbləğ uddu -

15.01.2024 13:29
311
65a4faa66fc5b202401242806
İctimai TV-nin efirində yayımlanan "Milyonların şousu"nda rekord məbləğdə pul mükafatı udulub.

Azsabah.com xəbər verir ki, tanınmış göz həkimi (oftalmoloq) Namiq Mustafayev sonuncu suala qədər yarışaraq 25 min manat qazanaraq rekord qırıb.O, 15-ci suala cavab verməkdən imtina edərək oyunu dayandırıb.Qeyd edək ki, N. Mustafayev veriliş tarixində 15-ci suala qədər gələrək sözügedən məbləği qazanan yeganə iştirakçıdır.