Tanınmış aktyora vəzifə verildi - FOTO

08.01.2024 19:35
427
659c169bd8381202401243659

Tanınmış aktyor Azər Aydəmir Azəraycanda fəaliyyət  göstərən reklam şirkətinə baş direktor vəzifəsinə təyin edilib.

 Bu haqqda Azər Aydəmir özü məlumat verib.

"Şirkət fəaliyyətini genişləndirərək, bundan sonra reklam fəaliyyəti ilə yanaşı, film çəkilişləri ilə də məşğul olacaq. Hesab edirik ki, artıq dövlətlə yanaşı özəl şirkətlər də maraqlı bədii filmlərin yaradılmasında iştirak etməlidir.

Hədəfimiz bu canlanmaya nail olmaqdır. İldə 2-3 film təqdim edəcəyik. Fəaliyyətimiz geniş sahələri idarə edəcək və tezliklə bizim adımızı çox eşidəcəksiniz. İddialı gəlirik. Ölkə gündəminə bomba kimi düşən layihələrlə qarşınıza çıxacağıq", deyə aktyor bildirib.//Lent.az

Məqaləyə dair fotomateriallar: