Tanınmış aktyora Milli Məclisdə yüksək VƏZİFƏ VERİLDİ - FOTO

04.05.2020 15:28
837

Milli Məclisdə (MM) kadr islahatları davam edir.

AzSABAH.com "BakuPost"a istinadla xəbər verir ki, MM Aparatının Beynəlxalq əlaqələr şöbəsinə yeni sektor müdiri təyin olunub.

 
Bu vəzifəyə İlqar Nəbiyev layiq görülüb.

İlqar Nəbiyev 1976-cı ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından "Şən və Hazırcavablar” klubunda "Bakılı Oğlanlar” komandasında çıxış etməyə başlayıb. Onun iştirak etdiyi bu komanda 1992-ci ildə çempion, 1995-ci ildə keçirilən yay kubokunun və XX əsrin ən yaxşı komandaları sırasında birinci olub.
 
2001-ci ildən Tahir İmanovun yaratdığı "Planet Parni iz Baku" KVN teatrında da iştirak edib. Daha sonra müxtəlif yumoristik layihələr hazırlayıb və "Şən və Hazırcavablar klubu" yarışları təşkil edib. "İqra" Yaradıcılıq Birliyinin rəhbəridir.


Loading...

close
close