Şuşadan ACI XƏBƏR GƏLDİ - ÖLƏN VAR

02.12.2022 11:03
10752
Meyit
Dekabrın 1-də saat 10 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində Biləsuvar rayon sakini Nadir Kazımovun idarə etdiyi yükü yanacaq olan “Mercedes” markalı avtomobil aşıb.

AZSABAH.COM-a bununla bağlı DİN-dən məlumat verilib. Məlumata görə, nəticədə sürücü hadisə yerində ölüb. Dağılan yanacaq yoldan təmizlənib.

Şuşa Rayon Polis Şöbəsində araşdırma aparılır.