Sürücü “protiv” yola çıxdı, sərnişin düşüb üzrxahlıq ETDİ

14.12.2023 20:14
385
657b2a5d27244202312231629

Nəsimi rayonu Tbilisi prospektində qayda pozan sürücü kameraya düşüb.

AZSABAH.COM Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə dekabrın 13-də saat 08:05 radələrində qeydə alınıb. Videodan göründüyü kimi, 99-AL-201 dövlət nömrə nişanlı “Chevrolet” markalı avtomobilin sürücüsü əks istiqamətli yolla hərəkət edib. Belə ki, o, əks yoldakı boşluqdan istifadə edərək sol zolağa keçib. Bu zaman qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkətinə maneə törədib. Yaranmış vəziyyətlə əlaaqədar avtomobildəki sərnişin yolu kəsilən nəqliyyat vasitəsinə yaxınlaşıb və geriyə sürməsini xahiş edib.