Sumqayıt şəhərində məişət tullantıları poliqonunda yanğınsöndürmə işləri başa çatıb.
AzSABAH.COM-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın saat 20:55-də yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Əlavə məlumat veriləcək.
***
19:47
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində məişət tullantıları poliqonunda yanğın olması barədə məlumat daxil olub.
AzSABAH.COM-a bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.