Sumqayıtda evə silahlı hücumda ölən və yaralananların ADLARI BİLİNDİ - FOTO

Sumqayıtda iki nəfərin ölümünə səbəb olan silahlı basqının bəzi təfərrüatı üzə çıxıb.

 AZSABAH.COM Trend-ə istinadən xəbər verir ki, şəhərin 16-cı mikrorayon ərazisində, Corat bağları yaşayış massivində fərdi yaşayış evinə silahlı hücum zamanı Fərəcov Dağbəyi və onun qızı Karakaş Suzana öldürülüb, Fərəcov Tərlan və Türkiyə vətəndaşı Karakaş Serkan yaralanıb.

Ailənin qızları Yağmur və Cansu hücum zamanı zərər çəkməyiblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, klinikaya hadisədən zərər çəkən 4 nəfər daxil olub: 1958-ci il təvəllüdlü Sarıyev Mehman Mahmud oğlu, 1990-cı il təvəllüdlü Sarıyev Etibar Mahmud oğlu, 1960-cı il təvəllüdlü Fərəcova Tərlan Qulu qızı və Sərkan Karakaş adlı Türkiyə vətəndaşı. Onlara lazımı tibbi yardım göstərilir, vəziyyətləri ağıq olaraq qalır.

------07:38Sumqayıtda silahlı hücum zamanı zərərçəkənlərlə bağlı ilkin təfərrüat məlum olub.

 AZSABAH.COM APA-ya istinadla xəbər verir ki,  hücumda Fərəcov Dağbəyi və onun qızı Karakaş Suzana öldürülüb. 

Bundan başqa, Fərəcov Tərlan və Türkiyə vətəndaşı Karakaş Serkan yaralanıb. Ailənin qızları Yağmur və Cansu hücum zamanı zərər çəkməyiblər.

-------

07:11

Sumqayıtda fərdi yaşayış evində atışma olub.

 AZSABAH.COM Trend-ə istinadən xəbər verir ki, hadisə 16 mikrorayonda yerləşən Corat bağları adlı yaşayış massivində baş verib.

Evə silahlı hücum zamanı ailənin 2 üzvü öldürülüb, yaralılar var.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım briqadası cəlb olunub.

Məqaləyə dair fotomateriallar:

Şəkillər