Sumqayıtda DƏHŞƏTLİ HADİSƏ: ölənlər və yaralı var

06.06.2020 22:36
1135

Sumqayıtda kütləvi dava zamanı bıçaqlanan qardaşların kimliyi məlum olub.

AZSABAH.COM Apa-ya istinadla xəbər verir ki, 1988-ci il təəvəllüdlü Qasımov Zöhrab Vəli oğlu ölüb, onun qardaşı, 1989-cu il təvəllüdlü Qasımov Tofiq isə yaralanıb.

Bıçaq yarasından ölən digər şəxs 1989-cu il təvəllüdlü Rəhimov Namiq Tahir oğludur.

***

Sumqayıtda kütləvi dava ölümlə nəticələnib.

Məlumata görə, hadisə axşam saatlarında şəhərin 10-cu mikrorayonunda yerləşən parkda olub. 

Belə ki, bir neçə nəfər arasında düşən kütləvi dava zamanı 3 nəfər bıçaqlanıb. Bıçaqlananlardan biri hadisə yerində ölüb. İki nəfər isə xəstəxanaya yerləşdirilib. Ölənlə bıçaqlananlardan biri qardaşdır.

 

***

Sumqayıtda bıçaqlanma hadisəsi olub. 

Məlumata görə, hadisə axşam saatlarında şəhərin 10-cu mikrorayonunda baş verib. 

İki nəfər arasında düşən mübahisə zamanı bir nəfər bıçaqlanıb. Bıçaqlanan şəxs hadisə yerində ölüb.

Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Loading...

close
close