Sumqayıtda 61 yaşlı kişi qəflətən öldü: mənzilində iş görərkən...

25.06.2020 13:12
188

Sumqayıt sakini bədbəxt hadisə nəticəsində ölüb.

AZSABAH.COM Apa-ya istinadla xəbər verir ki, hadisə şəhərin 12-ci mikrorayonunda qeydə alınıb. Belə ki, şəhər sakini 1959-cu il təvəllüdlü Əhmədov Əşrəf Həşim oğlu yaşadığı mənzildə iş görərkən qəfildən yıxılıb və başı divara dəyib. 61 yaşlı kişi xəstəxanaya çatdırılsa da onu xilas etmək mümkün olmayıb. Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib

Loading...

close
close