Sülhməramlılar Xocalıda ermənilərə DƏHŞƏT YAŞATDI - ÖLƏNLƏR VAR (FOTO)

12.08.2022 14:17
60417
Sulhmeramli

Bu gün Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının avtomobili Xankəndi-Xocalı avtomobil yolunda ağır qəzaya uğrayıb. 


AZSABAH.COM xəbər verir ki, polisin məlumatına görə, nəticədə 4 nəfər (qadın) ölüb. 


Bildirilib ki, 1992-ci il təvəllüdlü Rusiya sülhməramlısının idarə etdiyi "HAVAL H9" markalı avtomobil, Xocalı rayonunun Dağyurd kəndində məskunlaşan erməninin "VAZ-2107" markalı avtomobili ilə toqquşub. 

Qəza nəticəsində "VAZ-2107"nin sürücüsü sağ ağciyərin aşağı nahiyəsinin kəsilmiş-deşilmiş sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Elə həmin avtomoobilin 4 qadın sərnişini isə yerindəcə keçinib.(Unikal)

 

  • Xocalıda sülhməramlılar erməni avtomobili ilə toqquşdu - 4 ÖLÜ (FOTO)
  • Xocalıda sülhməramlılar erməni avtomobili ilə toqquşdu - 4 ÖLÜ (FOTO)