Sülhməramlılar bu tarixdə Qarabağdan çıxarılacaq və XANKƏNDİ... - VİDEO

24.11.2022 09:58
3812
Xankendi

“Sülhməramlılar 10 noyabr bəyanatında nəzərdə tutulan müddətdən artıq bir gündə olsun Azərbaycan ərazilərində qala bilməyəcəklər”.

AZSABAH.COM xəbər verir ki, bu sözləri siyasi şərhçi Elçin Mirzəbəyli azərbaycanlıların Xankəndiyə qayıdacağı tarix barədə danışarkən deyib.

O bildirib ki, sözügedən bəyanatda yerinə yetirilməyən şərtlərin içərisində BMT Qaçqınlar üzrə Komissarlığının iştirakı ilə azərbaycanlı məcburi köçkünlərin Xankəndiyə və digər azad edilən ərazilərə qayıtmaları məsələsi var:

“Əgər Rusiya bu istiqamətdə addım atmırsa, sülhməramlılar bu istiqamətdə hansısa hərəkətlər ortaya qoymursa, BMT-nin bu prosesə cəlb edilməsinə cəhd göstərmisə, onun bizim torpaqlarımızda nə işi var?”

Daha ətraflı Baku TV-nin süjetində: