Speysin uğurlu Ramazan hesabatı

22.04.2023 22:07
2421
644423559c361202304231133
“İnam” verilişi digər aylardan fərqli olaraq Ramazan ayında “Space” televiziyasına yeni rəhbəri Vado Korovinin dəstəyi ilə iftarda, imsakda və qədir gecələrində canlı yayımlanaraq ölkənin mənəvi mühitindəki boşluğu demək olar ki, tamamilə doldurmuş oldu.

AZSABAH.COM xatırladır ki, bu addımı ilə “Space” televiziyası Azərbaycan Prezidenti İlham Əliyevin dövlət-din siyasətinə əməli addımlarla dəstək verdi. Bununla bərabər illərdir digər müsəlman ölkələrində Ramazan ayı ilə bağlı verilişləri izləyən Azərbaycanın inanclı cameəsi birmənalı olaraq Seyid Camal Əzimbəylinin müəllifi və aparıcısı olduğu “İnam” verilişinin kontingentinə çevrildi. Tamaşaçıları bu verilişə cəlb etməklə “İnam” Azərbaycan insanının, xüsusilə gənclərin yad təsirlərdən qorunmasında özünəməxsus rol oynadı.

Bu məsələdə “Space” televiziyasının “İnam” layihəsini dəyərləndirməsi də telekanalın yeni rəhbərliyinin uğuru oldu ki, ölkənin inanclı izləyicilərini bütünlüklə özünə cəlb edə bildi. 

Ölkənin ən baxımlı və bir saylı dini proqramı kimi qəbul edilən “İnam” verilişi həm də fərqli sahələrdən qonaqlar dəvət edərək dövlət-din münasibətlərinə öz töhfəsini verdi. Ən əsası ölkənin dini mühitindəki mövcud boşluğun doldurulmasında “İnam” verilişinin müstəsna xidmətinin olduğunu izləyicilər və cəmiyyət açıq-aydın gördü. Bunu verilişə ünvanlanan minlərlə mesajlardan və zənglərdən görmüş olduq.

Demək olar ki, “Space” və “İnam” Ramazan hesabatını uğurla verdi. Çünki “Space” televiziyası Azərbaycandakı milli-mənəvi dəyərlərə verdiyi bu dəstəklə inanclı elektoratı özünə cəlb etdi. Həmçinin tamaşaçılar “İnam” verilişinin simasında “Space” televiziyasını yeni ampluada görmüş oldu.