"Space"dən möhtəşəm ANONS: hər gün SAAT 22:30-DA CANLI YAYIMLANACAQ - VİDEO

10.04.2021 19:42
1751

Azərbaycan teleməkanının ən baxımlı, ən reytinqli dini proqramı olan "Space"də canlı olaraq yayımlanan "İnam" verilişi Ramazan ayı boyunca yeni vaxtda - hər gün 22:30-da tamaşaçılarının görüşünə gələcək.

Publika.az xəbər verir ki, ideya müəllifi və aparıcısı Qarabağ Seyid Ocaqlarının rəhbəri, tanınmış şərqşünas Seyid Camal Əzimbəyli olan proqramın yeni yayım axışı Heydər Məscidində çəkilən möhtəşəm anonsla izləyicilərə təqdim edilib.

Qeyd edək ki, hər kəsin sevərək izlədiyi, böyük maariflənidirici yükü olan, mənəvi dünyamızın zənginliyinə xidmət edən veriliş hər gün sahur vaxtı təkrar yayımlanacaq. Eyni zamanda proqram "Space" radioda da hər gün 22:30-da canlı olaraq təqdim ediləcək.

Anonsu təqdim edirik:

Loading...