Şoyqu Rüstəm Muradova xüsusi göstəriş verdi: ONLAR MƏHV EDİLMƏLİDİR!

18.07.2022 11:19
343
photo_62579708

Prioritet Ukrayna qoşunlarının mülki şəxslərə, buğda tarlalarına, taxıl anbarlarına zərbələr endirmək üçün istifadə etdiyi uzaqmənzilli silahların məhv edilməsidir.

AZSABAH.COMAPA-ya istinadən xəbər verir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynada tapşırıqları yerinə yetirən “Vostok” qruplaşmasının yoxlanışı zamanı qruplaşmanın komandanı general-leytenant Rüstəm Muradova göstəriş verib.

Şoyqu “Vostok” qruplaşmasının zərbə imkanlarının gücləndiyini qeyd edərək, komandana düşmənin uzaqmənzilli raketlərinin və artilleriyasının yüksək dəqiqlikli silahlarla məhv edilməsi barədə göstəriş verib.

Rüstəm Muradov düşmən qüvvələrinin darmadağın edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarının yerinə yetirilməsi ilə bağlı mövcud vəziyyət və gedişat barədə nazirə məruzə edib.

Qeyd edək ki, ötən həftə Rusiya MN başçısı ordu generalı Sergey Surovikinin və general-polkovnik Aleksandr Lapinin rəhbərlik etdiyi Rusiya Silahlı Qüvvələrinin “Cənub” və “Mərkəz” qruplaşmalarında yoxlama aparıb.