Sosial yardımların məbləği ARTDI

06.03.2024 11:22
245
65e819af1e52c202403242223

2024-cü ilin fevral ayında orta hesabla bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının (ÜDSY) məbləği 18,6% artıb.

Bu barədə Azsabah.com-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, ötən ilin fevral ayında orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbləği 410,0 manat idisə, cari ilin müvafiq dövründə bu məbləğ artaraq 486,3 manat təşkil edib.