Soradan SENSASİON AÇIQLAMA: Yeganə yol Putini...

25.05.2022 22:59
306
photo_42280458

"Ukrayna hadisələri Üçüncü Dünya Müharibəsinin başlanğıcı ola bilər". 

AZSABAH.COM Publika.az-a xəbər verir ki, Bunu Davosda keçirilən Dünya İqtisadi Forumunda amerikalı iqtisadçı və milyarder Corc Soros deyib. 

“İşğal III Dünya Müharibəsinin başlanğıcı ola bilər və sivilizasiyamız bu müharibədən sağ çıxmaya bilər”, - Soros bildirib.

Milyarderin sözlərinə görə, bu gün qapalı ölkələr olan Çin və Rusiya açıq cəmiyyət üçün ən böyük təhlükədir:

“Görünür, Putin Ukraynanı işğal edərkən dəhşətli səhvə yol verdiyini etiraf edib və indi sülh danışıqları üçün zəmin hazırlayır. Lakin atəşkəsə nail olmaq mümkün deyil, çünki Putinə etibar etmək olmaz. Putin sülh danışıqlarına başlamalı idi, lakin o, heç vaxt bunu etməyəcək, çünki bu, istefaya bərabər olardı”.

O deyib ki, Putin nə qədər zəifdirsə, bir o qədər gözlənilməz işlər görə bilər. Onlar düşünürlər ki, Putin alternativ enerji mənbələrinin yaradılmasını gözləmədən qazı "söndürə" bilər.

“Biz müharibəni tez bitirmək üçün əlimizdən gələni etməliyik. Sivilizasiyamızı xilas etməyin ən yaxşı və yəqin ki, yeganə yolu Putini mümkün qədər tez məğlub etməkdir. Əsas nəticə budur", - milyarder deyib.

Məlumat üçün bildirək ki, Sorosun 91 yaşı var. O, xeyriyyə təşkilatları şəbəkəsi olan Soros Fondunu təsis edib. "Forbes" maliyyəçinin sərvətini 8,6 milyard dollar qiymətləndirib.