Son sutkada Azərbaycanda 150-yə yaxın şəxs koronavirusa yoluxdu - ÖLƏNLƏR VAR

23.09.2020 17:40
1121

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 173 nəfər sağalıb, 146 yoluxma faktı qeydə alınıb.

AZSABAH.COM Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 39 min 524 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 37 min 122 nəfər müalicə olunaraq sağalıb, 580 nəfər vəfat edib. Aktiv xəstə sayı 1822 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 73 min 255 test aparılıb. Bugünkü test sayı isə 8780-dir.

Loading...

close
close