SON DƏQİQƏ: Rusiya Zelenskiyə qarşı sui-qəsd TƏŞKİL ETDİ VƏ...

26.03.2022 10:19
316
photo_59962424

Ukrayna prezidenti Volodimir Zelenski və baş nazir Denis Şmıqala sui-qəsdin qarşısı alınıb.

AZSABAH.COM xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müşaviri Markian Lubkivski məlumat verib.

Onun sözlərinə görə, Rusiyanın "Vaqner” özəl hərbi şirkətinin silahlıları prezident və baş nazirə sui-qəsd hazırlayıb. Lakin Ukrayna kəşfiyyatı yaraqlıları ölkədə və xaricdə izləyib, onlardan bir neçəsi ölkə daxilində məhv edilib.

Ukrayna artıq bununla bağlı bütün faktları Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edib.