SON DƏQİQƏ: Zelenski Rusiyanı ŞOKA SALACAQ SƏNƏDİ İMZALADI - BUNDAN SONRA...

10.03.2022 18:44
366
photo_27373250

Vladimir Zelenski Ukraynada Rusiya Federasiyasının və onun sakinlərinin əmlakının dəyərinə görə heç bir kompensasiya alınmadan məcburi müsadirə edilməsini nəzərdə tutan qanunu imzalayıb.

AZSABAH.COM xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının mətbuat xidməti məlumat yayıb.

“Ukrayna Prezidenti V.Zelenski Ukrayna Ali Radası tərəfindən qəbul edilmiş “Ukraynada Rusiya Federasiyasının və onun sakinlərinin mülkiyyət hüquqları obyektlərinin məcburi müsadirə edilməsinin əsas prinsipləri haqqında” Ukrayna qanununu imzalayıb”, - məlumatda deyilir.

Bu qanun Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamış bir dövlət kimi Rusiya Federasiyasının və onun sakinlərinin mülkiyyət hüququ obyektlərinin sosial zərurətdən (o cümlədən hərbi zərurətlə bağlı təcili tələb olunduğu hallarda) məcburi müsadirə edilməsinin hüquqi əsaslarını müəyyən edir. 

Qanuna görə, Ukraynada Rusiyanın və onun rezidentlərinin mülkiyyət hüquqları obyektlərinin məcburi müsadirə edilməsi Rusiya Federasiyasının başlatdığı və davam edən genişmiqyaslı təcavüzkar müharibəni nəzərə alaraq, onların dəyərinin heç bir əvəzi ödənilmədən (ödənişsiz - red.) həyata keçirilir.