SON DƏQİQƏ: yüzlərlə polis böyük ƏMƏLİYYAT KEÇİRDİ - Onlarla MƏMUR SAXLANILDI

28.05.2020 17:16
1253

İtaliyada “Ndrangeta” mafiyasına qarşı genişmiqyaslı əməliyyat reallaşdırılıb.

AzSABAH.COM xəbər verir ki, Kalabriya vilayət prokurorluğunun keçirdiyi əməliyyatda 500 nəfərə yaxın polis əməkdaşı qatılıb.

Məlumata görə, əməliyyat zamanı onlarla şəxs saxlanılıb, habelə mafiya ilə əməkdaşlıq etməkdə şübhəli bilinən 11 dövlət məmuru da istintaqa cəlb edilib.

Qeyd edək ki, əməliyyat Kalabriya vilayəti ilə yanaşı, Siciliya, Kampaniya, Lombardiya və digər vilayətlərini də əhatə edib.

Loading...

close
close