SON DƏQİQƏ: Vasif Talıbov BAKIYA GƏLDİ

12.12.2022 23:09
5859
638b970cdbe24202212223556

Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov bir qədər əvvəl Bakıya yola düşüb.

AZSABAH.COM xəbər verir ki, bu barədə "AzPolitika.info"-ya MR-dəki etibarlı mənbə məlumat verib.

V.Talıbovun Bakıda kiminlə görüşəcəyi, nə məqsədlə gəldiyi haqda dəqiq məlumat yoxdur. Amma şübhəsiz ki, onun Bakıya gəlişi MR-dəki "fırtına" ilə bağlıdır.

Qeyd edək ki, Naxçıvanın bundan sonrakı idarəçiliyi ilə bağlı ciddi qərarların qəbul olunduğu haqda məlumatlar var.

Bu qərarların yaxın günlərdə elan olunacağı gözlənilir.