SON DƏQİQƏ: Ukrayna ordusu şiddətli əks-hücuma keçdi, ruslar YERLƏ-YEKSAN EDİLDİ, DƏHŞƏTLİ DÖYÜŞLƏR GEDİR

29.08.2022 17:21
4797
Ukrayna

Ukrayna hərbi qüvvələri Xerson istiqamətində əks-hücuma keçib.

AZSABAH.COM xəbər verir ki, bu barədə "Kiyev Independent" məlumat yayıb.

Məlumatda bildirilib ki, Ukrayna qüvvələri Xerson yaxınlığında Rusiyanın birinci müdafiə xəttini yarıblar.

"Əsas körpülərin əksəriyyəti yararsız hala salınaraq, müvəqqəti işğal altında olan Ukrayna bölgəsinə ağır Rusiya silahlarının çatdırılmasına imkan verilmir".

Ukraynanın "Cənub" operativ komandanlığının rəsmisi Natalya Qumenyuk da məlumatı təsdiqləyib.

"Biz bir neçə istiqamətdə hücum əməliyyatlarına başlamışıq və rəqibin birinci müdafiə xəttini yarmışıq. Təbii ki, həmin istiqamətlərin adını çəkməyəcəyik", - o deyib.