SON DƏQİQƏ: Ukrayna Donetskin bu şəhərini RUSLARDAN GERİ QAYTARDI - ŞİDDƏTLİ DÖYÜŞLƏR GEDİR

28.02.2022 09:02
359
photo_61040380

“Ukrayna silahlı qüvvələri gün ərzində yaşayış məntəqəsini zəbt etməyə cəhd edən rus qoşunlarını Donetsk vilayətinin Volnovaxa şəhərindən çıxarıb. Mariupol şəhəri müdafiəni davam etdirir, Zaporojye vilayətində Berdyansk müvəqqəti olaraq düşmənin nəzarətinə keçib”.

AZSABAH.COM “Report”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç keçirdiyi brifinqdə bildirib.

"Düşmən bu gün Volnovaxanı işğal edib, səylərini əsas zərbənin endirilən yerində cəmləyib, lakin Ukrayna Silahlı Qüvvələrinin əks-həmləsi sayəsində Volnovaxa geri alınıb. Və bizim qoşunlarımız indi oradadır. Onlar Volnovaxanın cənubunda problemləri lokallaşdırırlar. Mariupol tab gətirir, problem yoxdur", - o deyib.

O, həmçinin Zaporojye vilayətinin Berdyansk şəhərinin Rusiyanın nəzarətinə keçməsi ilə bağlı vəziyyəti izah ediblər.

"Berdyansk düşmən tərəfindən işğal olunub, orada bizim qoşunlarımız yox idi. Şəhəri Melitopoldan Mariupola doğru hərəkət edən qrup ələ keçirib. İndi oradadırlar".