SON DƏQİQƏ: Ukrayna itkiləri açıqladı - XEYLİ SAYDA ÖLƏN VAR

24.02.2022 18:39
291
photo_53906668

Rusiyanın Ukraynaya hücumu nəticəsində 40-dan çox insan həlak olub.

AZSABAH.COM xəbər verir ki, bu barədə bu gün keçirdiyi brifinqdə Prezident Aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç məlumat verib. 

"Mən bilirəm ki, bu gün 40-dan çox ölü və onlarla yaralı var", - Arestoviç bildirib.

***

Ukrayna Daxili İşlər Nazirliyi Rusiyanın hücumu nəticəsində ölən və yaralananlarla bağlı yeni məlumat yayıb.

AZSABAH.COM xəbər verir ki, indiyədək 8 nəfər ölüb, 9 nəfər yaralanıb. 

***

Rusiya hərbçilərinin bombardmanları nəticəsində Ukrayna tərəfdən ölən və yaralananlar var.

AZSABAH.COM xəbər verir ki, yerli vaxtla saat 08:36-da Odessa vilayətində Podolsk şəhərində HF 0173 bombası partladılıb, 6 nəfər ölüb, 7 nəfər yaralanıb, 19 nəfər itkin düşüb.

Donetsk vilayətinin Mariupol şəhərində saat 08:38-də atışma nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.