SON DƏQİQƏ: Türkiyəyə qarşı ŞOK HƏMLƏ - Yunanıstan İsraillə RAZILIĞA GƏLDİ

22.10.2022 17:32
4459
6353f19355f6f202210223515

Son dövrdə Türkiyə ilə Yunanıstan arasında gərginlik pik həddə çatır, Yunanıstandan qalmaqallı açıqlamalar gəlir.

Türkiyənin ilk yerli və milli qısamənzilli ballistik raketi “Tayfun”un sınaqdan keçirilməsindən təşvişə düşən Afina İsraillə bağladığı müqavilə çərçivəsində qurulan yeni hərbi təlim mərkəzinin açılışı edib.

AZSABAH.COM Musavat.com-a istinadən xəbər verir ki, Associated Press (AP) Yunanıstanın yeni təlim mərkəzinin açılışını Türkiyəni geridə qoymaq üçün atılan addımlardan biri olaraq xarakterizə edib:

“Yunanıstan regional rəqibi Türkiyəyə qarşı hava gücünü inkişaf etdirməyə çalışarır, İsrail ilə birgə yaradılan pilot təlim mərkəzi fəaliyyətə başlayıb”.

WhatsApp Image 2022-10-22 at 16.31.03.jpeg (68 KB)

Təlim mərkəzinin 2024-cü ilin əvvəlinə qədər tam fəaliyyət göstərməyəcəyi bildirilir. Obyektin istismarına ötən il Yunanıstan hökuməti ilə 1,65 milyard dollarlıq müqavilə imzalayan İsrailin müdafiə firması "Elbit" kömək edəcək.

Təlim mərkəzinin açılışında çıxış edən Yunanıstan Hərbi Hava Qüvvələrinin təlim komandanı general-mayor Georgios Vagenas Türkiyəyə işarə edərək deyib:

“Təlim mərkəzi yeni aldığımız döyüş təyyarələri üçün pilotlar yetişdirəcək və bizə gələn təhdidlərə qarşı əsas mexanizm olacaq”.

WhatsApp Image 2022-10-22 at 16.31.03 (1).jpeg (69 KB)

AP-nin xəbərində gözləri daim Türkiyədə olan Yunanıstanın qonşusunu geridə buraxmaq üçün xüsusilə hava qüvvələrinə diqqət yetirərək modernləşdirmə proqramı həyata keçirdiyi bildirilir.

Afian köhnəlmiş F-16 qırıcı donanmasını yeni alınan Fransa istehsalı olan Rafale təyyarələri ilə əvəz edir və ABŞ-ın F-35 proqramına qoşulmağa cəhd göstərir.