Türkiyədən Rusiyaya qarşı SƏRT ADDIM - Bundan sonra RUS TƏYYARƏLƏRİ...

23.04.2022 22:10
363
photo_79721330

Türkiyə hava məkanını Rusiyadan Suriyaya əsgər daşıyan bütün mülki və hərbi təyyarələr üçün bağlayıb.

AZSABAH.COM "TRT Haber"ə istinadla xəbər verir ki, bu qərar Xarici işlər naziri Mövlud Çavuşoğlunun Moskva ilə məsləhətləşmələr aparmasından sonra verilib.

M.Çavuşoğlu Uruqvay səfərindən əvvəl təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

Çavuşoğlu bildirib ki, Ankara Moskva ilə dialoq mexanizmi çərçivəsində hərəkət etməyə önəm verir. O, Türkiyə hava məkanının Suriyaya əsgər daşıyan bütün Rusiya təyyarələri üçün bağlı olduğunu bildirib.

"Biz hava məkanını Rusiya hərbi təyyarələri, hətta Suriyaya əsgər aparan mülki təyyarələr üçün bağlamışıq. Biz üç aylıq icazə vermişdik. Aprel ayına qədər icazələri var idi. Bizim prezidentimiz də Putinə deyib. Sonra uçuşlar dayandırıldı. Biz prosesi həm Montrö, həm də digər məsələlərdə dialoq yolu ilə həyata keçiririk”, - nazir qeyd edib.