Türkiyənin şərqində 5,2 bal gücündə zəlzələ baş verib.
AZSABAH.COM xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Malatya şəhərindən 38 kilometr şərqdə, ocağı isə 7 kilometr dərinlikdə olub.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.