Türkiyədə güclü zəlzələ baş verib.
AZSABAH.COM Türkiyə mediasına istinadən xəbər verir ki, 4,2 bal gücündə olan zəlzələ Elazığ şəhərinin Sivrice rayonunda baş verib.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yaydığı məlumata görə, zəlzələnin episentri 8,5 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və ya tələfat barədə məlumat verilmir.