SON DƏQİQƏ: Türkiyədə gecə yarısı DƏHŞƏTLİ ZƏLZƏLƏ BAŞ VERDİ - Onlarla bina yerlə-yeksan oldu, ÇOX SAYDA YARALI VƏ ÖLÜ VAR

06.02.2023 08:08
9538
63e07eba3f13c202302231450

Türkiyənin Malatya şəhərində 130 bina dağılıb.

AZSABAH.COM “Anadolu” Agentliyinə istinadla xəbər verir ki, bu barədə şəhərin valisi Hulusi Şahin deyib.

“100-dən çox yaralı var, 3 nəfərin meyiti isə dağıntılar altından çıxarılıb. Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir”, - deyə şəhərin valisi qeyd edib.


***

Türkiyənin cənubundakı Adana şəhərində güclü zəlzələ nəticəsində üç hündürmərtəbəli yaşayış binası tamamilə dağılıb.

AZSABAH.COM xəbər verir ki, bunu bu şəhərin meri Zeydan Karalar “Habertürk” telekanalının efirində deyib.

“3 yaşayış binası, o cümlədən 17 və 14 mərtəbəli bina tamamilə dağılıb. Xilasedicilər hələ də onlara yaxınlaşa bilməyib. Hələlik itki yoxdur”, - deyə o bildirib.


***

Türkiyənin cənub-şərqində baş verən zəlzələdən sonra Diyarbəkir vilayətində 8 mərtəbəli bina uçub.

AZSABAH.COM xəbər verir ki, hazırda axtarış-xilasetmə işləri davam etdirilir. Bundan əlavə, xilasedicilər yaxınlıqdakı evlərin sakinlərinə kömək edirlər.

Hələlik ölən və yaralananlar barədə məlumat verilmir.


***

Qəhrəmanmaraşda baş verən zəlzələ Türkiyənin 4 vilayətində hiss edilib.

AZSABAH.COM-un Türkiyə mediasına istinadla xəbərinə görə, afterşoklar 2 saata qədər davam edib. Şanlıurfa əyalətində dağıntılar var.

Ərəbdilli media yeraltı təkanların İraq və Livanda da hiss edildiyini xəbər verir.


***


Türkiyənin Qəhrəmanmaraş bölgəsində 7,4 bal gücündə zəlzələ baş verib.

AZSABAH.COM xəbər verir ki, bu barədə NTV məlumat yayıb. Ərazidə afterşoklar davam edir.