SON DƏQİQƏ: Türkiyə İsveç və Finlandiyanı DİZ ÇÖKDÜRDÜ - QƏRAR VERİLDİ, Ərdoğan istədiyini aldı

28.06.2022 23:15
333
photo_24386241

Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzv qəbul edilməsinə razılıq verib.

AZSABAH.COM xəbər verir ki, bu barədə Türkiyə Prezident administrasiyası məlumat yayıb.

Məlumata görə, sözügedən razılıq Türkiyənin tələblərinin qəbul edilməsi fonunda əldə edilib. Belə ki, hər iki ölkə PKK və onun qollarına qarşı mübarizədə Türkiyə ilə tam əməkdaşlıq etmək barədə razılığa gəliblər. Bu istiqamətdə Terrorizmlə mübarizədə kəşfiyyat məlumatlarının mübadiləsi üçün strukturlaşdırılmış əməkdaşlıq mexanizmi yaradılacaq.

Həmçinin müdafiə sənayesi məhsullarının tədarükünə qoyulan embarqo aradan qaldırılacaq, bu istiqamətdə əməkdaşlıq genişləndiriləcək.

Eləcə də Finlandiya və İsveçin Avropa İttifaqının təhlükəsizlik mexanizmlərində mümkün qədər geniş iştirakına dəstək veriləcək.