SON DƏQİQƏ: Türkiyə ilə Rusiya RAZILAŞDI - Qarabağla bağlı YEKUN SAZİŞ İMZALANDI

01.12.2020 12:06
5916

Rusiya-Türkiyə Ortaq Monitorinq Mərkəzinin qurulması ilə bağlı saziş imzalandı.

AZSABAH.COM xəbər verir ki, bununla bağlı Türkiyə Milli Müdafiə Nazirliyi bəyanat verib.

Qeyd olunur ki, noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri arasında əldə edilən üçtərəfli bəyanatdan sonra noyabrın 11-də Türkiyə və Rusiya müdafiə nazirləri Hulusi Akar və Sergey Şoyqu arasında razılaşmanın layihəsi onlayn formatda imzalanmışdı.

Türkiyə-Rusiya Ortaq Monitorinq Mərkəzinin fəaliyyəti ilə əlaqədar texniki detalların müzakirəsi başa çatdıqdan sonra yekun razılaşma imzalanıb. Mərkəzin ən qısa zamanda fəaliyyətə başlaması üçün işlər aparılır.

Loading...