SON DƏQİQƏ: Türkiyə gəmisinə silahlı hücum edildi, azərbaycanlı ÖLDÜRÜLDÜ

24.01.2021 00:23
2656

Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.

AZSABAH.COM "NTV"-yə istinadən xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.

Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:

"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

Loading...