Türkiyə Avropa İttifaqından YARDIM İSTƏDİ VƏ DƏRHAL...

02.08.2021 01:33
9217

Türkiyə günlərdi davam edən meşə yanğınları ilə mübarizə məqsədilə Avropa İttifaqından (Aİ) yardım istəyib.

AZSABAH.COM Publika.az-a istinadla xəbər verir ki, bu barədə Aİ Komissiyası açıqlama yayıb.

Qeyd edilib ki, Türkiyə Avropa İttifaqının Mülki Müdafiə Mexanizmini hərəkətə gətirib.

Aİ Komissiyası təcili olaraq İspaniyadan 2, Xorvatiyadan isə 1 "Canadair" təyyarəsinin göndərilməsi üçün hərəkətə keçib.

Açıqlamada bu yanğınsöndürmə təyyarələrinin "rescEU" adlı Avropa mülki müdafiə aktivləri içində yer aldığı vurğulanıb.

"Aİ Fövqəladə Müdaxilə Koordinasiya Mərkəzi Türkiyə hakimiyyəti ilə müntəzəm təməsdadır", - məlumatda deyilir.

Loading...