SON DƏQİQƏ: Türk ölkəsinə hücum edildi, ŞİDDƏTLİ DÖYÜŞLƏR GEDİR - Çox sayda yaralı və ölən var/VİDEO

27.01.2022 23:51
7275

Qırğızıstan və Tacikistan nümayəndələri arasında atəşin dayandırılması ilə bağlı danışıqlar baş tutmayıb.

AZSABAH.COM xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.

Məlumata görə, hazırda Koço-Boyu və Dahma bölgələrində tərəflər arasında toqquşmalar davam edir.

"2022-ci il yanvarın 27-də Qırğızıstan və Tacikistanın hərbi qulluqçuları arasında 10 dəqiqə ərzində atəş dayandırılıb. Atəşkəs dövründə Qırğızıstan Prezidentinin Batken vilayətindəki səlahiyyətli nümayəndəsi Abdikarim Alimbayevin Tacikistanın Suqd vilayətinin qubernatoru ilə görüşü olmalı idi. Lakin tacik tərəfi ikitərəfli razılaşmanı yenidən pozaraq Qırğızıstan hərbçilərinin mövqelərini atəşə tutmağa davam edib”, - məlumatda bildirilir.

Tacikistanın Dövlət Milli Təhlükəsizlik Komitəsi öz növbəsində Qırğızıstan sərhədində atışma nəticəsində mülki şəxslər və sərhədçilər arasında itkilər olduğunu bəyan edib:

"Qırğızıstan tərəfindən yerli sakinlər, avtomobillər və müxtəlif infrastruktur obyektləri intensiv atəşə tutulub. Tacikistanın mülki şəxsləri və sərhədçiləri arasında itkilər var".

***

Tacikistan-Qırğızıstan sərhədində baş verən atışma nəticəsində hər iki tərəfdən yaralananların sayı 17 nəfərə çatıb.

AZSABAH.COM “Sputnik Tacikistan”a istinadən xəbər verir ki, İsfara xəstəxanasına 13 yaralı gətirilib, onlardan 11-i hərbçidir. Ölənlərin olduğu bildirilir.

Loading...