SON DƏQİQƏ! Termometrlərlə bağlı xəbərdarlıq edildi

08.02.2024 18:23
388
65c4e4742c0f5202402242556
Bədən hərarətinin ölçülməsi üçün əksər hallarda civəli termometrdən istifadə edirik. Elektron termometrlərlə müqayisədə civəli olanların daha dəqiq ölçdüyü iddia edilir. Hazırda isə elektron termometrlərdən istifadə geniş yayılıb. Xüsusən gənc nəsil elektron hərarət ölçənlərə üstünlük verir. Bəs, insan sağlamlığı üçün hansı termometrlər daha təhlükəli hesab edilir?

Azsabah.com xəbər verir ki professor Adil Qeybulla bildirdi ki, istifadə qaydalarına düzgün riayət etdikdə təhlükəli hallarla qarşılaşmamaq olar:

“Elektron avadanlıqların ölçməsi bir çox faktorlardan asılıdır. Onlardan dəqiq və düzgün istifadə edilməlidir. Elektron avadanlıqlar toxunuşlarla idarə edilən aparatlardır. Həssaslığı civəli hərarət ölçənlərlə müqayisədə daha çoxdur. Bu səbəbdən də ondan düzgün istifadə mühümdür. Civəli termometrlər daha dəqiq ölçürlər. Amma civəli termometrin özü də gərək düzgün istifadə edilsin. Həmin termometri paltarlı olaraq qoltuq altına qoyduqda əlavə istilik verə bilər. Qolun altı quru, qızdırmalı şəxs də paltarsız olmalıdır. Bu həm elektron, həm də civəli termometr üçün keçərlidir. İstənilən avadanlığın istismar qaydası var. İstismar qaydalarına düzgün riayət edən şəxslər heç bir şəkildə problemlə qarşılaşmayacaq”.