SON DƏQİQƏ: Su kəməri partladı, Bakı-Qazax yolu su altında qaldı - VİDEO

15.10.2022 09:31
7165
634a46799847a202210223449

Bakı şəhərini içməli su ilə təmin edən Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində (Qaz Emalı Zavodunun yaxınlığı) gecə saatlarında baş vermiş qəza nəticəsində ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını su basıb.

AZSABAH.COM-a bununla bağlı "Azərsu"nun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.

Hazırda "Azərsu" ASC-nin rəhbərliyi ərazidədir. Əraziyə xüsusi texnika, maşın-mexanizm, suyu kənarlaşdırmaq üçün nasoslar, qəza briqadaları cəlb olunub, lazımi tədbirlər görülür.

***

Lökbatan istiqamətində hər iki istiqamətdə yolu su basıb.

AZSABAH.COM xəbər verir ki, subasma nəticəsində nəqliyyatın hərəkəti çətinləşib.