SON DƏQİQƏ: Şölə Quliyeva VƏFAT ETDİ - 28 YAŞINDA

Ağsu rayon prokurorunun köməkçisi Şölə Quliyeva vəfat edib.

AZSABAH.COM Qaynarinfo-ya istinadən xəbər verir ki, 1994-cü il təvəllüdlü Şölə İlham qızı Quliyeva iki gün əvvəl xəstəlik səbəbindən dünyasını dəyişib. 

Qeyd edək ki, o, 15.12.2021-ci ildə Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı elan olunmuş müsabiqədə uğur qazanaraq Ağsu rayon prokurorunun köməkçisi təyin edilmişdi. Allah rəhmət eləsin!