SON DƏQİQƏ: Şok istefa baş verdi - Baş nazir vəzifəsindən getdi

07.07.2022 15:56
249
photo_46570936

Böyük Britaniyanın Baş naziri Boris Conson istefa verib.

AZSABAH.COM xəbər verir ki, o, bu barədə xalqa müraciətində bildirib.

Conson yeni lider seçilənə kimi vəzifəsini icra edəcəyini deyib.

Boris Conson daha sonra sözlərinə belə davam edib: “Bizə indi sakitlik və birlik lazımdır və yeni lider tapılana qədər də idarə etməyə davam edək”.

O, Ukrayna məsələsinə toxunaraq belə deyib: “Ukrayna xalqına demək istəyirəm ki, biz sizin azadlıq mübarizənizi ehtiyac olduğu müddətdə dəstəkləməyə davam edəcəyik”.

Qeyd edək ki, Mühafizəkarlar Partiyası yeni liderin və yeni baş nazirin təyin olunması tələbi ilə çıxış edib.