SON DƏQİQƏ: şiddətli zəlzələ BAŞ VERDİ - XEYLİ SAYDA YARALI VƏ ÖLÜ VAR (FOTO)

18.09.2022 23:17
5083
63277029eee17202209222321
Tayvanın şərqində baş verən 6,8 bal gücündə zəlzələ nəticəsində azı bir nəfər ölüb, daha 79 nəfər yaralanıb.

AZSABAH.COM “Report”a istinadən xəbər verir ki, bu barədə adanın mərkəzi informasiya agentliyi məlumat yayıb.

Yeraltı təkanlar körpülərə, yollara, binalara və infrastruktura ciddi ziyan vurub. Hualien əyalətinin Yuyli qəsəbəsində sement zavodunun işçisi dağıntılar altında ölüb. Həmin qəsəbədə ticarət mərkəzinin fəaliyyət göstərdiyi üçmərtəbəli ev uçub. Dağıntılar altında dörd nəfər, o cümlədən bir qadın və beş yaşlı qız qalıb. Xilasedicilərin onları çıxarması üç saatdan çox çəkib.