SON DƏQİQƏ: “Semaşko” BAĞLANDI - Yalnız bu xəstələri QƏBUL EDƏCƏK (YENİLƏNDİ)

17.06.2020 15:18
519

1 saylı Kliniki Tibbi Mərkəzin bütün şöbələri fəaliyyətini koronaviruslu xəstələrin müalicəsi ilə bağlı davam etdirəcək. 

AZSABAH.COM-a TƏBİB-dən daxil olan məlumata görə, KTM pandemiya dövründə bu istiqamətdə fəaliyyət göstərib, hazırda isə digər şöbələr də bu prosesə cəlb edilib: “Xəstəxanada müalicə alan digər xəstələr aidiyyəti üzrə digər xəstəxanalara köçürüləcək. Yeni müraciət edən xəstələr isə Respublika Klinik Xəstəxanasına, 6 saylı Şəhər Xəstəxanasına, eyni zamanda Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinə müraciət edə bilərlər”.

***

1 saylı Kliniki Tibbi Mərkəz xəstə qəbulunu dayandırıb.

AZSABAH.COM xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında mərkəzin baş həkimi Ədalət Dadaşov deyib.

Baş həkim bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə, mərkəz yalnız koronavirus xəstələrinin müalicəsi üçün nəzərdə tutulub: "Artıq mərkəzdə olan bütün xəstələrin köçürülməsinə başlanıb. Xəstələrdən vəziyyəti yüngül olanlar ambulator müalicəyə buraxılıb, ağır xəstələr isə 1 saylı Respublika Klinik Xəstəxanası və Ə.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına köçürülür.

Bu gün xəstələrin köçürülməsi prosesi başa çatdırılacaq. Səhərdən mərkəz tam olaraq koronavirus xəstələri üçün ayrılacaq".

Loading...

close
close