SON DƏQİQƏ: Rusiyaya qarşı BÖYÜK ŞOK - Ukraynaya İNANILMAZ HƏRBİ DƏSTƏK, DÜNYADA BİR İLK OLDU

28.02.2022 00:18
304
photo_17903679

"Avropa Birliyi öz tarixində ilk dəfədir ki, hücuma məruz qalan ölkəyə silah və hərbi avadanlıq tədarükünü maliyyələşdirir" .

AZSABAH.COM xəbər verir ki, Avropa Komissiyasının prezidenti Ursula fon der Layen Ukraynaya hərbi yardımın maliyyələşdirilməsi barədə qərarı açıqlayarkən belə deyib.

Avropa Birliyinin baş diplomatı Jozep Borrel isə bəyan edib ki, Avropa Sülh Fondu Ukraynaya silah, hərbi avadanlıq, yanacaq, tibbi və mühafizə vasitələrinin tədarükünü maliyyələşdirəcək:"Biz tabunu - Avropa Birliyinin müharibə zamanı tərəflərə silah verməmək tabusunu götürdük. Bunu qəhərəman Ukrayna xalqə üçün etdik. İndi tapşırıq verilib, yardım prosesi Ukrayna ordusunun ehtiyacları ilə əlaqələndiriləcək".