SON DƏQİQƏ: Rusiya Ukraynanın bu vilayətini tamamilə ƏLƏ KEÇİRDİ - Soyqu Putinə TƏCİLİ MƏRUZƏ ETDİ

03.07.2022 14:20
211
photo_48387588

Rusiya ordusu Ukraynanın Luqansk vilayətinə nəzarəti ələ keçirib.

AZSABAH.COMAPA-ya istinadən xəbər verir ki, bu barədə bu gün Rusiya müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə məruzə edib.

"Sergey Şoyqu ali baş komandan Vladimir Putinə Luqansk Xalq Respublikasının azad edilməsi barədə məruzə edib”,- deyə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Nəzərə çatdırılıb ki, Lisiçansk şəhəri və Beloqorovka, Novodrujesk, Maloryazantsevo, Belaya Qora daxil olmaqla, ətraf yaşayış məntəqələri nəzarətə götürülüb.

Qeyd edək ki, ötən gecə Rusiya ordusunun Luqansk vilayətində Ukrayna Silahlı Qüvvələrinin nəzarətində qalan sonuncu şəhəri - Lisiçanskı mühasirəyə aldığı açıqlanmışdı.